Nəsimi rayonu Şövkət Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin 50 illik yubileyinə həsr edilmiş konsert FOTO

3-04-2017, 21:36           

teref.az - Aprel ayının 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Nəsimi rayonu Şövkət Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin 50 illik yubileyinə həsr edilmiş konsert keçirilmişdir.
Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov musiqi məktəbinin şagirdlərini və müəllimlərini konsetrlə bağlı təbrik etmiş, onlara yeni yaradıcılıq uğurları diləmiş, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın musiqi ilə məşgul olan yeniyetmə və gənclərə göstərdiyi xüsusi diqqət və qaygıdan danışaraq bildirmişdir ki, Azərbaycanın milli musiqi irsinin qorunub saxlanılması, dünya musiqi incilərinin Azərbaycanda, xalqımıza məxsus nadir musiqi əsərlərinin isə dünyada tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. Qeyd etmişdir ki, ümumiyyətlə Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak edir.
Nəsimi rayonu Ş.Məmmədova adına 20 nömrəli uşaq musiqi məktəbinin direktoru Sevda Məmmədova məktəbin kollektivi və valideynləri adından Azərbaycanın istedadlı uşaq və gənclərinə hər zaman göstərdikləri qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişdir.
Musiqi məktəbinin istedadlı şagirdləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dirijor Xalq artisti Fəxrəddin Kərimovun müşayəti ilə musiqi əsərlərini səsləndirmişdilər.
Tədbirdə qeyd edilmişdir ki, 1967-ci ildə fəaliyyətə başlayan Nəsimi rayonu Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbində şagirdlər 12 ixtisas üzrə təhsil alırlar.
Bu illər ərzində məktəbi bitirən məzunlardan 500 nəfəri təhsilini davam etdirərək profesional musiqiçi olublar. Məktəbin məzunları dünyanın müxtəlif mədəniyyət ocaqlarında - ABŞ, ingiltərə, Almaniya, Rusiya, Türkiyə, İsrail kimi xarici ölkələrdə milli mədəniyyətimizi uğurla təmsil edirlər.





















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.