"İranlı iş adamı: "Oazis" restaranının admnistratoru Sadıxov Seyfulla arvadımla məni aldadaraq hər şeyimi əlimdən almaq istəyirlər"
9-05-2017, 10:10
teref.aznun poçtuna gələn bu şikayət bizi təəcübləndirdi.teref.az olaraq bu şikayəti sizə təqdim edirik:
Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov cənablarına
Sumqayıt şəhər Prokuroru cənab Sərdar İmanova
Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı Abbasov Şahin İldırım oğlunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24.04.2017-ci il tarixli qərarının ləğv edilməsinə dair Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 393 B ünvanda yaşayan Qassemirad Mohammadxalil Aziz oğlu tərəfindən
ŞİKAYƏT
Təhqiqatçının qərarı onunla əsaslandırılır ki, mənim tərəfimdən ərizə və izahatda göstərilən xüsusatlar mülki xarakter daşıyır. Ərizəmdə cinayət haqqında göstərilən məlumat üzrə təhqiqat tam, hərtərəfli və obyektiv aparılmamışdır. Aşağıdakı əsaslara görə həmin qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir.
Belə ki, Sadıxova Elnarə Nəcəf qızının izahatında qeyd edilir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 0.2ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 47.5 kv.m. yaşayış, 94.1 kv.m. köməkçi sahədən ibarət 393B nömrəli fərdi yaşayış evi ipoteka müqaviləsi əsasında kreditlə alınmışdır, guya həmin kreditin böyük hissəsini mən, qalan hissəsini isə Sadıxova Elnarə ödəmişdir. Bundan əlavə o izahatında qeyd edir ki, mənimlə 2006-cı ildə nikah münasibətlərinə girib, “Oniks mərmər qranit” MMC-də bir yerdə çalışmışıq, guya həmin MMC-ni, Qala qəsəbəsində yerləşən 0.36ha torpaq sahəsini, Novxanı bağlar massivində yerləşən 0.05ha torpaq sahəsini mənə qaytarmışdır.
Vətəndaşlığım olmadığına görə Nəcəfova (Sadıxova) Elnarə Nəcəf qızının adına Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 393B saylı fərdi yaşayış evini Axundov Nəsir adlı şəxsdən ona 43 000 AZN (otuz beş min) məbləğində pul ödəyərək almışam. Elnarə də bilirdi ki, qazandığım pul vəsaitini dağıtmamaq üçün daşınmaz əmlaka verirəm. 7 aydan sonra mənə pul lazım olduğuna görə həmin fərdi yaşayış evini “Zamin Bank” ASC-yə ipoteka qoyaraq 35 000 manat məbləğində kredit götürmüşəm. Sadıxova Elnarə Nəcəf qızı heç yerdə çalışmadığından həmin kreditlə bağlı heç bir ödəniş etməyibdir. Bütün ödənişlər mənim pul vəsaitim hesabına olub. Hətta Sadıxova Elnarə Nəcəf qızı İİR-da olarkən mən krediti pul göndərərək başqa şəxs vasitəsilə banka ödəmişəm. Lakin tədqiqatçı nə alqı-satqı müqaviləsini, nə də “Zamin Bank” ASC ilə bağlanmış kredit müqaviləsini tələb edərək Sadıxova Elnarə Nəcəf qızının izahatında göstərilən həmin xüsusatlara obyektiv qiymət verməmişdir. Banka kredit borcu ödənilərkən Sadıxova Elnarənin xarici ölkəyə gedib gəlmək üçün pasportunu tələb edib onun krediti öz vəsaiti hesabına ödəməsi barədə qeyd etdiklərinin həqiqətə uyğun olmadığını təsdiq edərdi. Əlavə olaraq bildirirəm ki, istər Sadıxova Elnarə Nəcəf qızının, istərsə .də digər ailə üzvlərinin yaşayış xərcləri mənim hesabıma ödənilir. Nə onun, nə də anasının gündəlik qida, geyim, mənzil və digər kommunal xərclərini ödəmək imkanı olmayıb. Mən sadəcə olaraq vətəndaşlığım olmadığına görə “Oniks mərmər qranit” MMC-ni onun adına sənədləşdirmişəm. O bir gün də olsun orada çalışmayıb. Həmin MMC-də çalışanlar bunu təsdiq edə bilər. Digər tərəfdən onunla 2006-cı il tarixdə ailə qurmağımıza dair göstərdikləri həqiqətə uyğun deyil. Bununla bağlı telefon əlaqələri, şahid izahatları və s. formada təkzib¬edilməz sübutlar vardır. Mən onunla 2003-cü ildə faktiki ailə münasibətlərində olmuşam. Sadıxova Elnarə Nəcəf qızının guya 2010-cu ildən mənimlə yaşamaq istəməməsi barədə göstərdikləri həqiqətə uyğun deyildir. Çünki belə olsaydı mən 2016-cı ilin əvvəlində onun adına “Oniks mərmər qranit” MMC-ni təsis etməzdim. Yəni, sadə məntiqlə Elnarə Sadıxovanın qeyd etdikləri real həqiqətə uyğun deyildir. Lakin təhqiqat zamanı bu xüsusatlar təkzib edilməmişdir. Kifayət qədər ziddiyyətli olmasına baxmayaraq qəbul edilmişdir. Elnarə Sadıxova izahatında “Oniks mərmər qranit” MMC-ni, Qala qəsəbəsində yerləşən 0.36 ha torpaq sahəsini. Novxanı bağlar massivindəki 0.05 ha torpaq sahəsini mənə qaytardığını göstərir. “Oniks mərmər qranit” MMC mənə yalnız əmlakı audit tərəfindən qiymət¬lən¬dirilərək satılmaqla qaytarıla bilər. Lakin təhqiqatçı tərəfindən ondan belə bir sənəd tələb edilməyib. Qala qəsəbəsində yerləşən 0.36ha torpaq sahəsi Elnarə Sadıxovanın və Daşkovetskaya Qalina Vasilyevnanın adına istifadə hüququ ilə yerli özünü idarə orqanının qərarı ilə sənədləşdirdik. Yəni, həmin torpaq sahələrinə onların mülkiyyət hüququ yoxdur. Özünün olmayan əmlakı onlar mənə necə qaytara bilər? Nə Elnarə, nə də anası həmin torpaq sahələrini mənə qaytarmaq üçün başqasının adına mənim istəyimlə keçirməyiblər. Nə də bu gün həmin torpaq sahələrini aramızda yaranmış mübahisəyə görə sənədləşdirilərək mülkiyyət hüququnun əldə olunması mümkündür. Yəni, həmin torpaq sahələrini etibarımdan istifadə etməklə Sadıxova Elnarə Nəcəf qızı və Daşkovetskaya Qalina Vasilyevna ələ keçirmişlər. Digər tərəfdən 15000 AZN (on beş min) məbləğinə aldığım Sum¬qayıt şəhəri, Novxanı bağ massivində yerləşən 15C saylı 0.05ha torpaq sahəsinin qaynanam Daşkovetskaya Qalina Vasilyevnanın (mob.tel: 055 583-92-00) adına sənədləşdirdim. Mən həmin torpaq sahəsini alarkən Elnarə bildirdi ki, torpağı, anam təqaüdçü olduğuna görə az xərcimiz çıxsın deyə onun adına sənədləşdirək pulu anam və Seyfulla satıcıya ödəsinlər. Bunu onunla əsaslandırdı ki, mən İİR-nın vətəndaşıyam, sənədləşmə zamanı buna görə məndən çox pul alarlar, daha çox xərcimiz çıxar. Mən də onunla razılaşıb torpağın alqı-satqısında iştirak etmədim. Həmin torpaq sahəsi 2016-cı ilin sentyabr ayında alınıb. Artıq həmin ilin aprel ayından Sadıxov Seyfulla Aydın oğlu Sadıxova Elnarənin xahişi ilə mənim seximdə çalışıb. Heç bir əmək haqqı almadığına görə işə hər gün gəldiyindən, malların istehsalı və satışı ilə maraqlandığından mən Seyfulladan şübhələndim. Elnarə Seyfullanı mənə yaxın qohumu kimi təqdim etmişdi. Bildirmişdir ki, o Müşkünazın qohumudur. İİR-dan qayıtdıqdan sonra Elnarə mənim ilə ailə kimi yaşamırdı. Yəni Novxanıdan torpaq sahəsi alınarkən Elnarə Seyfulla ilə faktiki ər-arvad münasibətlərində idi.
Torpaq sahəsi alındıqdan sonra, yəni 2016-cı ilin oktyabrında Elnarə mənə bildirdi ki, mənimlə yaşamaq istəmir. Evi tərk etdikdən 2 gün sonra mənə telefon vasitəsilə Seyfulla ilə arasındakı nikah şəhadətnaməsinin foto surətini göndərərək, artıq ondan 3 aylıq hamilə olduğunu bildirdi. Məhz bundan sonra Daşkovetskaya Qalina Vasilyevna torpağı satmaq üçün mənə verdiyi etibarnaməni ləğv etdi. Beləliklə, həmin torpaq sahəsi yeganə daşnmaz əmlakdır ki, onun alınmasında satış pulunu mən şəxsən Elnarə və Seyfulla tərəfindən aldadıldığıma görə ödəməmişəm. Qalinanın, eləcə də Elnarə və Seyfullanın niyyəti qabaqcadan mənim əmlakımı ələ keçirmək idi. Şikayət ərizəmdə mənim Qalina, Elnarə və Seyfulla tərəfindən aldadılaraq əmlakımın dələduzluq yolu ilə ələ keçirildiyini bildirmişəm. Lakin araşdırma zamanı qeyd edilən xüsusatlar üzrə Sadıxov Seyfulla Aydın oğlunun izahatı alınmayıbdır. Hazırda da Sadıxov Seyfulla Aydın oğlu mənim mühasibimə zəng edərək “Oniks mərmər qranit” MMC fəaliyyətdə olduğu dövrdə nə qədər malın satılması barədə məlumat əldə etmək istəyir. Sadıxov Seyfulla Aydın oğlu mənim ailəmi dağıdıb, uşaqlarımı naməlum istiqamətdə aparıb, harada yaşadıq¬larını hazırda bilmirəm. O belə üsullarla mənə təzyiq göstərir Azərbaycan Respub¬li¬kasını tərk etməyimi və bununla da 0.41 ha torpaq sahəmə, fərdi yaşayış evimə və biznes fəaliyyətimlə əlaqədar əmlaklarıma sahib olmuşdur və ələ keçirmişdir. Buna görə də Sadıxova Elnarə Nəcəf qızı, Daşkovetskaya Qalina Vasilyevna və Sadıxov Seyfulla Aydın oğlu barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 179.3.2-ci maddələri ilə cinayət işi başlanmalıdır.
Tərəfimdən verilmiş cinayət haqqında məlumat üzrə araşdırma aparılarkən hazırda qüvvədə olan cinayət prosessual qanunvericiliyinin tələb və prinsiplərinə əməl olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 207.4-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqi¬qatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, habelə hadisə yerinə baxış keçirə bilər. Hadisə yerinə baxış istisna olmaqla, cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Həmin Məcəllənin 212.3-cü maddəsinə əsasən araşdırma zamanı Bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələbləri pozulduğundan Sumqayıt şəhər Pİ-nin. 1-ci PB-nin-tədqiqatçısı Abbasov Şahin İldırım oğlunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24.04.2017-ci il tarixli qərarı ləğv edilməlidir.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 212.4-cü maddəsini rəhbər tutub
XAHİŞ EDİRƏM:
Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı Abbasov Şahin İldırım oğlunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24.04.2017-ci il tarixli qərarını ləğv edəsiniz, Sadıxova Elnarə Nəcəf qızı, Daşkovetskaya Qalina Vasilyevna və Sadıxov Seyfulla Aydın oğlu barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 179.3.2-ci maddələri ilə cinayət işi başlanması barədə qərar qəbul edəsiniz.
Qoşma:
“cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24.04.2017-ci il tarixli qərarını surəti
İmza: Qassemirad Mohammadxalil Aziz oğlu
“____” _________ 2017-ci il
teref.az olaraq şikayuət edən şəxslə görüşmək qərarına gəldik. Mohammadxalil bəy bizimlə görüşə razılıq verdio, lakin qaynatası ilə gələcəyini qeyd etdi.Bu bizi çoxx təəcübləndirdi. Məntiqlə ə\ski qaynatası onunla ola bilməzdi, yenidən evlənmək isə .....İnadırıcı gəlmədi bizə.
Lakin sən saydığınə say, bütün m\əntiqləri darmadağın edərək Mohammadxalil bəy əski qaynatası ilə gəlmişdi. Çox həmdə çox ilginc şeylərdə\n danışdıq.
Bu ilginc müsahibə ilə sizi gələn saylarımızda tanış edəcəyik.
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
teref.az