Qazax, Qazax kimi tanınmalıdır!

10-05-2017, 22:35           

teref.az - Bu sözlər ötən il may ayının 19-da Prezident İlham Əliyevin sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinə başçısı təyin edilmiş, bu günlərdə həmin təyinatın 1 ilini şərəf hissi ilə qeyd edəcək Rəcəb Babaşovundur. Doğurdan da, insanın sözü ilə əməli üst-üstə düşəndə insan daha çox sevilir və tarixləşir. Bu gün qazaxlıların əsl sevimlisinə, onların bir icra başçısı kimi deyil, yaxın sirr yoldaşına çevrilmiş Babaşov işlədiyi çox qısa müddətdə rayon üçün o qədər işlər görüb ki, artıq sadalamaq da mümükün deyil. Qazaxın ziyalısından tutmuş fəhləsinə kimi hər kəs diqqətlə dinlənilir, arzu və təklifləri həyata keçirilir, çətin məsələlər üçün lazımi tədbirlər görülür. Rayon ağsaqqallarının, ağbirçəklərin söyləmələrinə görə, Babaşova qədər hələ bu qədər Qazaxda quruculuq-abadlıq işləri aparılmayıb. Onun gözəl yaddaşı, dəqiqliyi, iti yerişi və millətinə böyük ruh yüksəkliyilə xidməti istər-istəməz insana mənəvi dayaq verir. Düşündürməyə vadar edir ki, bu millətin hələ ki layiqli insanları yerindədir. Millət üçün, xalq üçün yaşayır, yaradır və qurur.
İnanmaq mümükün deyil ki, Rəcəb Babaşov Qazaxın icra başçısıdır. Belə ki, o qədər insanlarla xoş rəftar edir ki, adamın ən yaxını belə bu dərəcədə səmimi deyil. Bu səmimiyyəti birinci növbədə rayonda illərlə yığılıb qalan problemlərin, neçə illərdi ötür-ötürə düşən şikayətçilərin arzularının, haqqın nahaq üzərində qələbəsinin, rüşvətxorluğa qarşı mübarizə kimi məsələlərin həllinə gətirib çıxardı.
Qazaxın mərkəzindən tutmuş kəndlərə kimi genişmiqyaslı quruculuq-abadlıq işləri aparıldı və davam etdirlir. Çaylı və Kosalar kəndlərinə asfalt döşədildi. Açığı adam yatsa da yuxusuna girməzdi ki, rayonun ən böyük kəndlərindən olan bu yaşayış massivlərinə asfalt çəkilə... Ulu öndər Heydər Əliyev, Mütəfəkkirlər, Səməd Vurğun və Dədə Qorqud parkları yenidən qurularaq əhalinin istifadəsinə verildi. Hazırda Qazax Cümə Məscidinin ətrafında yüksək tərzdə tikinti-quruculuq işləri aparılır. Rayon yaşıllığa qərq olub.
Qazaxın gündüzü kimi gecəsi də artıq hər kəsə xoş gəlir. Mərkəzindən tutmuş hər bir döngəsinə kimi işıqlandırılıb. Şəhər gün ərzində 2 dəfə təmizlənir. Qazaxın səliqəliliyi də təzə salınmış yaşıllığa xüzusi zövq verir.
Prezidentin Qazax şəhərindəki binaların təmirinə ayırdığı 3 milyon vəsait hesabına binalrın dam örtüklərində və fasadlarında aparılan işlər bu gün də uğurla davam etdirilir.
İcra başçısı Babaşov məktəbəqədər və ümumi təhsil müəssislərində də çox işlər görüb. Məktəbəqədər təhsil müəssisələri də Qazaxın “nimdaş” həyatını yaşayırdı. Burada çalışan işçilər arasındakı əmək intizamı bərpa edildi, işlərində yol verdiyi nöqsanlara, rüşvətxorluğa görə bir neçə bağça müdirəsi işlərindən azad edildi. Onları yeni və gənc kadrlar əvəzlədi. Artıq məktəbəqədər tədris müsəssisələri azyaşlılar üçün etibarlı sahəyə çevrilib. Yaxın günlərdə Qazax şəhər poliklinikasının yanında tikilən 3 mərtəbəli uşaq bağçası-körpələr evi də Qazaxda son illər aparılan ən iri tikintilərdən hesab olunacaq. Onu da qeyd edək ki, bir neçə gün olar ki, Qazaxdakı bütün uşaq bağçaları-körpələr evindəki qab-qacaq əşyaları tamamilə təzələnib.
Bəşəriyyətin gələcəyi hesab edilən gənclərə olan diqqət və qayğı da Rəcəb Babaşov üçün ümdə məsələlərdəndir. Gənclər hər an qəbul edilir, arzu və təklifləri dinlənilir. Gənclərimizi daim narahat edən işsizlik problemlərinə də demək olar ki, son qoyulub. Yüzlərlə gənc təmannasız olaraq, süründürməçiliyə yol verilmədən boş iş yerlərinə göndərilib.
Azərbaycanın yaralı yeri hesab edilən şəhid ailələri növbəsiz olaraq, günün istənilən vaxtında icra başçısı ilə görüşə bilir, dərd-sərlərini bölüşürlər. Ehtiyacları yerindəcə həll edilir. Qabaqlar şəhidlərin xatirəsinə tikilmiş, şəhid adına ləkə olan bulaqlar yenidən qurularaq onların adlarına layiq əbədiləşdirilib. Valideynlərinin, yaxın qohumlarının və rayon ictimaiyyətininn iştirakı ilə açılışları keçirilib. Qazaxın hər iki istiqamətdən girişindəki memoriallar yenisi ilə əvəzlənib. O gün olmaz ki, Qazaxda bir yenilik olmasın.
Icra başçısı bunula kifayətlənməyərək, qeyd etdyimiz Qazaxı qazaxlılara qaytaracağını söz verdiyi kimi təhsilinə də ciddi önəm verir. Onun rayona gəldiyi ilk gündən məktəblərdə olan boşluqlar da aradan qaldırılımış, şagirdlərin dərsdən yayınmalarının qarşısı alınmış, işlərində yol verdiyti ciddi nöqsanlara görə bir neçə məktəb direktoru işindən kənarlaşdırılmışdır. Bir nəfər müəllim isə şagirdlərdən pul yığdığına görə haqlı olaraq məktəb pedaqoji şurasının qərarı ilə müəllimlikdən kənarlaşdırılıb.
Babaşovun az bir müddətdə gördüyü ən böyük vəzifə borcundan biri də “Bayraq meydanı”nın yenidən işlənməsi oldu. “Bayraq meydanı”nın bu cür əzəmətliliyi Qazax şəhərinə girişdə hər bir vətəndaş üçün yeni bir məsuliyyət yaradır. Bu səbəbdən də qazaxlılar Prezident İlham Əliyevə minnətdardırlar ki, həmişə icra başçısı sarıdan bəxti gətirməyən Qazax hazırda istəyinə nail olub.
Rayonun bütün kəndləri qaz, işıq və su problemlərindən uzaqdadır. Xüsusilə, bədanam ermənilərlə daban-dabana yaşayan sərhəd kəndlərin əhalisinə daha çox diqqət yetirilir. Elə bir gün olmaz ki, Babaşçov bir sərhəd kəndində olmasın. O, yerindəcə əhalini dinləyir, onların arzu və tapşırıqlarını yerinə yetirir. Aldılğımız məlumata görə Babaşovun bu dəsti-xətti həmişə qalaq-qalaq ölkə rəhbərliyinə ünvanlanan vətəndaşların ərizə və şikayətlərinə də son qoyub.
Babaşov rayonda apardığı kadr siyasəti də yerindədir. Xüsusilə, rayon icra hakimiyyətində neçə illərdi ki, əhalinin necə deyərlər gözlərini “mazol edənlər”, rüşvətsiz iş görməyənlər, müasir qayda-qanunlara uyğunlaşmayanlar, dövlət siyasətinin həyata keçirilməsində ikibaşlı rol oynayanlar, bürokratik əngəllikər yaradanlar işlərində uzaqlaşdırılaraq, yerinə gənc, savadlı, kadrlarlar gətirlib. Yerlərdə əalinin sözünü eşitməyən, ancaq özünü düşünən, vətəndaşlarla kobud davranan bir sıra RİH başçısının kənd inzibati-ərazi nümayəndələri dəyişdirilimiş, işinin öhdəsindən gələ bilməyən bələdiyyə sədrləri səsvermə yolu ilə yenilənmişdir.
Haqlı olaraq işindən kənarlaşdırılan rəhbər işçilərin bu gün aidiyyəti orqanlara şikayət etməməsi, birbaşa Babaşovun atdığı addımın doğruluğunu təsdiqləyir.
Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, elmi, mədəniyyəti və incəsənəti ilə Azərbaycanda xüsusi yeri olan Qazaxın tanınmış elm, mədəniyyət və incəsənət adamnları da daim diqqətdə saxlanılır, adları anılır, yubileyləri keçirilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bu gün Qazaxda qısa müddətdə gördüyü işlərdən rayonun kiçiyindən tutmuş böyüyünə kimi hamı razılıq edir. Əlbəttə ki, nə qədər kor olasan ki, Qazaxda tuğyan edən belə quruculuq-abadlıq işlərini görməyəsən...
Bəli, bu gün Qazax həyat səlnaməsinin ən gözəl çağlarını yaşayır. Günbəgün gözəlləşir. İnsanlar arasında xoş əhval-ruhiyyə vardır. Rayon rəhbərini özlərinin dayağı bilir və ən çətin analrında belə ona güvənirlər. İcra başçısı Rəcəb Babaşovun işlədiyi 1 illik fəaliyyəti təbii ki, olduqca rayon əhalisi tərəfindən yüksək qiymətləndirilir, gələcək növbəti işlərində isə uğurlar diləyirlər.
İlham Hacalı
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.