İsmayıllıya qarşı savadsız və mənəviyatsızların "böhtan" həmləsi
5-04-2018, 14:24
Bəli doğurdan da mənəviyatsızlıq. Əgər “jurnalist” bir ağsaqqal, bir ziyalı, bir alim, bir professor haqqında yalan yazırsa, şər-böhtan yazırsa buna başqa ad vermək olmaz. Ən yumşaq halda mənəviyatsızlıqdemək olar.
Son günlər Prezident seçkiləri öncəsi ölkədə və xaricdə antimilli qüvvələr çox fəallaşıb. Bunlardan kimisi xaricdən daha çox qrant almağa, bəziləri isə seçkiqabağı fürsətdən istifadə edib yerli məmurları şantaj edərək qəpik-quruş qoparmağa çalışırlar. Lakin əslində bunun altında daha qəliz məqamlar durub Dediyim kimi seçkiqabağı İsmayıllı kimi həssas bir rayonun alim rəhbəri haqqında heç bir həqiqətə uyğun olmayan şər-böhtan dolu yazılar yazmaq, bu gün dövlətin ali məqamlarında oturmuş, prezidentin etimad göstərdiyi şəxsləri xaricdən "söyüş" kompaniyasının tərkib hissəsidir. Müəyyən xarici dairələrin döstərişləri ilə dövləti, dövlətin ali məqamlarında oturan şəxslərə qarşı qaralama kompaniyasına aparan juranlistlər “Orduxan və K" daxilimizdə olan agentidir. Bunlar İsmayıllı rayonu haqqında ağalarından aldığı yalan yazılarla nəyə nail olmaq istəyirlər? Yaxud kimlərinsə sifarişi ilə İsmayıllıda insanların həssaslığından və qarşıdan gələn seçkiləri qarışdırmağa hesablanan böhtanyazılarldan istifadə edib yeni bir etiraz dalğası yaratmaq istəyirlər? Əgər bu kimi fikrə düşüblərsə arzuları gözlərində qalacaq. Çünki İsmayıllılar onlardan fərqli olaraq dövətin tərəfindədirlər və bu yazılanlarında tamamilə yalan və jurnalist uydurması olduğunu yaxşı bilirlər.
Bu “Orduxan”ların tayı “jurnalist” yazır ki, insanların durumu cəhənnəmi xatırladır və mən İsmayıllıdan olan insan kimi ona sual verirəm mənəviyyatını unutmuş ”jurnalist” sən heç İsmayıllıda olmusan? İsmaiıllıları tanıyırsan? Əlbətdəki yox. Səni İsmayıllıların durumu yox şantajlarınla alacağın 5-10 manat tulapayı maraqlandırır. İnsanlığını unutmuş “jurnalist” sonra yazır ki, pensiya yaşında olan insanları yanına gətirib. Yazıda adı çəkilən Bəhram Tanrıverdiyev isə 3 il bundan əvvəl rəhmətə gedib. Ey şeyx Nəsurullahın törəmələri bəlkə siz 3 il əvvəl dünyasını dəyişmiş insanı yenidənmi diriltmisiz bizim xəbərimiz yoxdur. Sonra yazırsız rüşvət boğazdadır. Mirdaməd müəllimin rüşvət almadığını hələ universitetdə işlədiyi vaxtan indiyə kimi onu tanıyanlar hamı bilir. Ayrıca Mirdaməd müəllim rüşvətlə işləsə idi sizində qabağınıza bir tulapayı atıb susdurardı. Yazırsız ki, İsmayıllının işməli su təminatı üçün İcra Hakimiyyətinə 40 milyon manat ayrılıb amma sakinlər su üzünə həsrət qalıb. Bu yazdığınız sizin ağlınızın, savadınızın, mənəviyyatınızın nə qədər kasad həmdə İsmayıllıdan xəbərsiz olduğunzu göstərir. Əvvəla bu vəsait İcra Hakimiyyətinə yox Azərsuya ayrılmışdır həmdə Mirdaməd müəllimdən 2 il əvvəl, ikincisi bu gün İsmayıllı gecə gündüz fasiləsiz su ilə təmin olunur İsmayıllıda içməli su ilə bağlı heç bir problemin olmadığını hamı yaxşı bilir ay mənəviyyatdan kasadlar. Göründüyü kimi insanlığını unutmuş “jurnalist”in yazdıqlarının heç bir həqiqətə uyğun olmadığını sübutlarla izah etdim, bundan başqa şərəf duyğularını itirmiş “jurnalist” hörmətli alim başçımızı brilyant alverində, sələmçilikdə və digər işlərdə ittiham edir. Daha doğrusu şantaj etmək istəyir. Amma unudurlar ki, Mirdaməd müəllim ailm adamdı bunlar kimi gədələrin şantajına aciz deyil.
Siz əgər savadınız və vicdanınız olsa idi İsmayıllı rayonunun dünənini vəö bü gününü müqayisə edərdiniz. Bu müqayisədə bütün həqiqətlər üzə çıxardı və Mirdamət müəllimin öz doğma İsmayıllısı üçün etdiyi işlıər tənqidə yox, bütün məmurlara örnək olacaq tərifə layıq olduğunu başa düşərdin. Başa düşərdin ki, İsmayıllı rayonu dövlət başçısının tutduğu düzgün yolda Mirdamət müəllimin başılığı ilə inamla addımlayır!Lakin Orduxan və onun quyruq bulayanlarında vicdan hardadır ki, vətən dərdi çəklər. Sizin vicdanınız müəyyən vicdansız antidövlət qüvvələrin tapşırığını yerinə yetirərkən ala biləcəyiniz puldur!!
Sual olunur ay İsmayıllı haqqında dalbadal şər böhtan yazan saytlar sizin araşdırmanız olmadan və heç bir faktı yoxlamadan kiminsə sifarişi ilə yaxşı insanları ləkələmək hansı məqsəddən irəli gəlir? Keçən əsrin 37-ci illərində olan üzə duranlardan, danosbazlardan sizin fərqiniz nədir? Eyni adam olaraq müxtəlif adda iki sayt açmaqda niyyətiniz nədir? Sənin bütün yazdıqların ona-buna böhtan atmaqdan ibarətdir! Çünki savadın, biliyin, ağlın yalnız buna çatır.
Sonda bu insanlıqdan çıxmış, şərəf və vicdan duyğularını itirmiş, mənəviyyatdan və mədəniyyətdən uzaq “jurnalist”ə sözüm odur ki, istiqaməti düz tutmamısız. Xaricdən qidalandığınız "Orduxanlar" kompaniyasına qoşulmaqla İsmayıllıda seçki kompaniyasına heç bir təsir edə bilməyəcəksiniz! Azərbaycan etibarlı əllərdədir, İsmayıllı etibarlı əllərdədir. İsmayıllı Azərbaycan Respublikasının qanınları çərçivəsində ədalətlə, vicdanla idarə olunur. Burda sizə əpbək yoxdur. Haydi başqa qapıya.
Vahid Xəlilov
Veteran jurnalist