Biz yekun nəticələri gözləyəcəyik, çünki seçicilərin əksəriyyəti saat 17:00-dan sonra səsverməyə qatılıb.
Axar.az xəbər verir ki, bunu Vahid Milli Hərəkat Partiyasının (VMHP) prezidentliyə namizədi Qriqol Vaşadze "ekzit-poll"un nəticələrini şərh edərkən deyib.
O qeyd edib ki, Gürcüstan tarixində belə bir seçki görülməyib:
"Hakimiyyət bacardığı qədər hamını – bütün cinayətkarları, rüşvətxorları, narkotik alverçilərini seçkiyə cəlb etmişdi".