Çin ilə ABŞ arasında gərginlik - Rəsmi Pekin bu bölgəyə hərbi qüvvə yeridəcəyini bəyan etdi
15-10-2015, 01:58
Çin xarici işlər nazirliyinin sözçüsü Hua Çunyinq ABŞ və Avstraliya müdafiə və xarici işlər nazirlərinin apardığı 2+2 danışıqlarını yaxından təqib etdiklərini bildirib.
Avropa.info xəbər verir ki, Çin rəsmisi ABŞ-ın ölkəsinin sərhədlərindəki sularda hərbi qüvvələrlə gövdə nümayişi etdiyini deyərək, bu vəziyyətdən ciddi narahatlıq keçirdiklərini deyib.
O, ABŞ-ı davranış və ifadələrində diqqətli olmağa çağırıb.
ABŞ-ın gövdə nümayişinin regionda hərbiləşməyə təkan verdiyini deyən Hua "Çin regionda silahlanma yarışı olmadan əmin-amanlıq, sülh və sabitliyin təmin olunmasının tərəfdarıdır" deyə bildirib.
Çib sözçüsü ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ donamasının yerləşdiyi bölgəyə məhdud sayda hərbi qüvvə göndərəcəklərini sözlərinə əlavə edib.
ABŞ müdafiə naziri Karter dünən keçirdiyi mətbuat konfransında Çinin etirazlarına cavab olaraq "ABŞ ordusu beynəlxalq hüququn imkan verdiyi ölçüdə hər yerə gedir və buna mübahisəli Cənubi Çin dənizi də daxildir " deyib.