Kürd-Livan klanının toyu üçün 500-dən çox polis ayrıldı – Almaniyada

10-12-2018, 07:14           
Kürd-Livan klanının toyu üçün 500-dən çox polis ayrıldı – Almaniyada
Almaniyanın Mülhaym şəhərində Kürd-Livan ailələrinin toyu üçün 500-dən çox polis ayrılıb. AzEuroNews.com xəbər verir ki, bəy Almaniyada məşhur rok qrupu “Hells-Angels” (“Cəhənnəm mələkləri”) üzvü olub. Polis gələn qonaqların üzərində silah ola biləcəyi ehtimalı ilə səyyar yoxlanış məntəqəsi yaradıb.

Kürd-Livan klanının toyunda 800-dən çox qonaq iştirak edib.

Foto © Justin Brosch / nrw-aktuell.tv
Məlumat üçün qeyd edək ki, “Hells Angels”in lideri Türkiyə vətəndaşı Aygün Mucuk olub. O, 2016-cı ildə Almaniyanın Giessen şəhərində küçənin ortasında 16 güllə vurularaq öldürülüb. Güclü təhlükəsizlik tədbirləri altında müsəlman qəbiristanlığında dəfn edilən Mucukun dəfn mərasimində Almaniyadan və xaricindən 500-dən çox “Hells Angels” üzvü iştirak edib. Hazırda isə, “Hells Angels”in Frankfurtda fəal olan alman üzvləri ilə Giessen mərkəzli Türk üzvləri arasında uzun müddətdir gərginliklər yaşanır və bəzən də dava çıxır. Bu iki qrup arasındakı rəqabət qarşıdurmaya çevrilib. Hazırda qrup üzvlərinin törətdiyi cinayətlərlə bağlı xüsusi polis qrupu hərtərəfli təhqiqat aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru