General Viktor İvanov rəngli inqilablarda narkotiklərin rolunu açıqladı
21-04-2015, 15:44
Rusiyanın Narkotiklərə Nəzarət üzrə Federal Xidmətinin rəhbəri, general Viktor İvanov bəyan edib ki, “spays” kimi tanınan sintetik narkotiklər rəngli inqilabların təşkil olunmasında istifadə edilə bilər.
Generalın mərkəzinə görə, xüsusi elmi mərkəzlər spaysların dövlət çevrilişlərinin təşkilində istifadəsi üzərində işləyir. “Ötən il biz yeni fenomenlə üzləşdik, məlum sintetik narkotik ftor tərkibli yeni maddə ilə qarışdırılmışdı və və nəticədə narkotik maddə döyüş təyinatlı zəhərli maddəyə çevrilmişdi. Bu da Rusiyada ölüm epidemiyasına səbəb olmuşdu”-İvanov bildirib.
General İvanov bundan əvvəl dəfələrlə deyib ki, Ukraynadakı Avromaydan hadisələrində “totalitar sektaların metadona oturtduğu narkomanlar” fəal iştirak ediblər. Onun sözlərinə görə, sintetik narkotiklərin təsiri altında olanlar Maydanda özlərini güllə qabağına veriblər. Habelə xarici media araşdırmışdı ki, İŞİD-ə qoşulanlar və kşəkildə baş kəsənlər metamfematin adlı sintetik narkotikin təsiri altında olurlar. Virtualaz.org