Rusiya nəhəngi iflasa uğradı

31-10-2015, 12:29           

Rusiyanın Nəqliyyat Nazirliyi “Transaero” aviaşirkətinin lisenziyasının ləğv edildiyini açıqlayıb.

teref.az Publika.az-a istinadən xəbər verir ki, uçuşlarını noyabrın 15-dək əvvəlcədən rezervasiya edən şirkətin şərnişinlərini “Aeroflot” və Rusiyanın digər aviaşirkətləri daşıyacaq. Həmin tarixdən sonraya satılan bütün biletlər isə ləğv ediləcək.

1990-ci ildə qurulan “Transaero” “Aeroflot”dan sonra Rusiyanın ən böyük aviaşirkəti idi. “Transaero” oktyabrın 1-də 3,9 milyard dollarlıq borcla iflasını açıqlamışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.