Rusiya nüvə təhlükəsi qarşısında: Putin ifşa edildi – VİDEO

2-11-2015, 01:41           
Rusiya nüvə təhlükəsi qarşısında: Putin ifşa edildi – VİDEO
Rusiyanın barəsində əfsanələr danışılan nüvə təhlükəsizliyi artıq yoxdur. Bu barədə Rusiya Dövlət Texnologiya Universitetinin professoru Pyotr Belov öz hesabatında bildirib. Rusiya mətbuatı professorun hesabatını “ölkə ictimaiyyətindən bu günə qədər gizlədilən dəhşətli sirr” kimi təqdim edib. Hesabat Moskvada olduqca məhdud dairədə keçirilən elmi konfransda açıqlanıb. Mütəxəssislərin Rusiyanın gələcəyi ilə bağlı fikirləri heç də ümidverici olmayıb. Belə ki, böyük əksəriyyət 2020-ci ilə qədər Rusiyanın suveren dövlət kimi qala biləcəyinə belə şübhə ilə yanaşıblar.
“Biz görürük ki, Amerika nüvə hücumunu zərərsizləşdirmək üçün sistem yaradır. 2020-ci ilə qədər biz ancaq 500 ballistik raket ələ edəcəyik. Rusiya raketlərini gücü azdır. ABŞ qanunvericiliyində isə nüvə silahının qarşılıqlı surətdə məhdudlaşdırılması ilə bağlı danışıqların davam etdirilməsi öz əksini tapıb. Biz indi xaricə 220 nüvə başlığı ilə çıxmışıq. ABŞ-ın hücum edəcəyi təqdirdə cavab zərbəsi texniki cəhətdən mümkün olmayacaq. Rusiya rəhbərliyi belə bir qərar qəbul edə bilməyəcək. Çünki ABŞ-da 21 xəbərdarlıq sistemi var, Rusiyada isə bu 0 vəziyyətindədir. Buna görə də təkcə bunu demək kifayətdir ki, ABŞ-ın qitələrarası nüvə raketini bizim radiolakasiya stansiyaları 10 dəqiqə gec qeydə alacaqlar. Bu isə cavab zərbəsini tamamilə mümkünsüz edir”,- deyə professor bildirib.
Professorun sözlərinə görə, Rusiyanın raket əleyhinə sistemi o qədər zəif və gücsüzdür ki, ABŞ-ın hücum edəcəyi təqdirdə buna qarşı dayanmaq faktiki olaraq mümkün olmayacaq: “İndi bizimlə sadəcə ona görə az da olsa hesablaşırlar ki, bizim Amerikada “Satana” adlandırılan 40 ədəd raketimiz var. Onların isə hesablanmış resursu çoxdan ömrünü başa vurub. Son 12 ədədi 1991-ci ildə hazırlanıb. Onların yararlılıq müddəti isə cəmi 15 ildir. Ötən ilə qədər bu raketlərin istifadə müddətini uzadılması ilə bağlı onların əsas istehsalçısı olan Ukrayna ilə bərabər yaradılan komissiya müzakirələr aparırdı. Ötən ildən prezident Poroşenko istehsalçı şirkətə Rusiya ilə işləməyi qadağan edib. Raket çox “incə” məsələdir, o, özüalışan yanacaq elementlərini özündə saxlayır, gec və ya tez onlar birbaşa şaxtada partlayacaqlar”.
Professorun senssasion hesabatı Rusiyada müəyyən dairələrdə ölkənini nüvə hücumuna adekvat cavab vermək gücündə olmadığı barədə yaranan fikirləri daha da möhkəmləndirib. Ölkənin baş nazirinin müavini Dmitri Roqozin hələ 2014-cü ilin martında etiraf etmişdi ki, Rusiya ABŞ-la müharibədə 6 saata məğlub olar. Bu isə onu göstərir ki, yüksək vəzifəli dövlət rəsmisi professorun indi açıqladığı hesabatı daha əvvəl bilirmiş.(cebhe.info)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.