Avrasiya İttifaqından İrəvana zərbə - Yalnız Putin gələcək

22-04-2015, 11:57           
Avrasiya İttifaqından İrəvana zərbə - Yalnız Putin gələcək
Avrasiya İttifaqı ölkələrindən yalnız Rusiya aprelin-24-də Ermənistandakı “soyqırım” tədbirində ən yüksək səviyyədə təmsil olunacaq.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın “Joxovurd” qəzeti yayıb.

Qəzetin məlumatına görə, Qazaxıstandan Ermənistana adi, kiçik bir nümayəndə heyətinin belə gəlməməsinə səbəb aprelin 24-də keçiriləcək seçkilərdir. Belorus prezidenti isə məhz bu tarixdə Gürcüstana səfərini gerçəkləşdirəcək.

Qeyd edək ki, bir müddət öncə mətbuatda hər iki dövlət başçısının Ermənistana getmə ehtimalının olmadığı haqqında informasiya yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru