Şarm əl-Şeyxə enmək istəyən Britaniya təyyarəsini vurmaq istəyiblər
7-11-2015, 14:47
Rusiyanın A 321 sərnişin təyyarəsinin qəzaya uğramasından təxminən iki ay öncə - avqustun 23-də Böyük Britaniyaya məxsus və göyərtəsində 189 sərnişin olan təyyarə Şarm əl-Şeyxə enən zaman möcüzə nəticəsində məhv olmaqdan yayınıb.
Musavat.com-un məlumatına görə, “The Daily Mail” nəşri yazıb ki, təyyarəni idarə edən pilot eniş zamanı laynerə tərəf uçan raketi görüb. Bu zaman o, təyyarəni sola çəkməyə macal tapıb. Raket isə təyyarədən cəmi 300 metr aralıdan keçib.
Məlumata görə, bu barədə yalnız ekipaj üzvləri biliblər. Daha sonra onlara deyilib ki, raket Misir hərbçilərinin təlimləri zamanlı atılıb.
Britaniyanın Nəqliyyat Departamentində raket haqda informasiyanı təsdiqləyiblər. Təyyarə London-Şarm əl-Şeyx reysi ilə uçurmuş.
Noyabrın 5-də rəsmi London Böyük Britaniyadan adı çəkilən şəhərə uçuşları dayandırıb.