Azərbaycan senzuraya görə ilk 5-likdə

22-04-2015, 15:20           
Azərbaycan senzuraya görə ilk 5-likdə
Azərbaycan dünyada ən çox senzura tətbiq olunan 10 ölkə sırasında 5-ci yerdədir. Bu sıralamanı ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) tərtib edib. Qiymətləndirmə qurumun aprelin 27-də açıqlayacağı illik Mətbuata Hücumlar hesabatının bir hissəsidir.

Eritrea və Şimali Koreya siyahının başındadır. Bu ölkələrdə mətbuat daha çox məhdudlaşdırılır. Siyahı həbslərdən, repressiyalardan tutmuş, jurnalistlərin təqibi və İnternetə çıxışa məhdudiyyətlərə qədər bir sıra faktorlara əsasən tərtib olunub.

CPJ-nin siyahısı:

1. ERİTREA
2. ŞİMALİ KOREYA
3. SƏUDİYYƏ ƏRƏBİSTANI
4. EFİOPİYA
5. AZƏRBAYCAN
6. VYETNAM
7. İRAN
8. ÇİN
9. MYANMAR (BİRMA)
10. KUBA

Azərbaycan da daxil olmaqla, 10-luqdakı ölkələrdən 7-si jurnalistlərin ən çox həbsə atıldığı ölkələr hesab olunub. Bildirilir ki, dünyada həbsdə olan jurnalistlərdən yarıdan çoxu dövlət əleyhinə cinayətlərdə ittiham olunub (azadliq.org).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.