İŞİD Suriyada Məsha qəsəbəsini tutdu.

23-04-2015, 13:17           
İŞİD Suriyada Məsha qəsəbəsini tutdu.
"İslam Dövləti" (İŞİD) terror təşkilatının silahlıları Suriyanın mərkəzindəki Qələmun-Quta-Badiyə üçbücağında silah və yardım dəhlizlərinə nəzarət edən, Suriya səhrasından, Dəməşqin şərqindəki Quta bölgəsindən Homs əyaləti ərazisinə və Livan sərhədləri istiqaməti boyunca uzanan strateji Məsha qəsəbəsini tutublar.

SalamNews-un Suriya mətbuatına istinadla verdiyi xəbərə görə, İŞİD digər qruplaşmaların nəzarətində olan bu bölgəni qəfil hücumlardan və qarşı tərəfin 50-ə yaxın itki verməyindən sonra ələ keçirib.

Qeyd edək ki, bu, İŞİD-ə Livanla sərhəddəki əl-Qələmun yüksəkliklərində, Quta bölgəsində, Homs əyaləti ərazisində daha çox hücum həyata keçirməyə imkan verəcək.

İŞİD-in bu hücumundan sonra bir sıra müxalifət qruplaşmaları əks-hücuma keçməyi planlaşdırıb.

Suriyada döyüşlər İdlibin cənubunda, Dəra əyaləti ərazisində, Hələb şəhərinin rayonlarında da davam edib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru