İranın paytaxtı Tehranda Baş imam Ayətullah Məhəmməd Əli Muvahhid Kermani İŞİD-ə qarşı apardığı hərbi əməliyyatlarına görə Rusiyaya dualar oxuyub.
Axar.az xəbər verir ki, Kermani cümə xütbəsi zamanı Rusiyaya uğurlar arzu edib.
“İnşallah, Allah İŞİD-i məhv etmək üçün Rusiyaya daha çox uğur nəsib edər. Suriyada vəziyyət daha da yaxşılaşır. Bir milyondan çox qaçqın Rusiyanın əməliyyatlarından sonra evlərinə qayıdıb”, - deyə Kermani vurğulayıb.
Baş imam Rusiya və Türkiyə arasında yaşanan gərgin olaylara görə, hər iki tərəfi səbrli olmağı çağırıb.