Rusiyada bəndinin uçması nəticəsində ölənlərin ailələrinə 1 milyon rubl ödəniləcək

21-10-2019, 02:16           
Rusiyada bəndinin uçması nəticəsində ölənlərin ailələrinə 1 milyon rubl ödəniləcək
Rusiyanın Krasnoyarsk diyarında su anbarının bəndinin uçması nəticəsində qızıl mədən artelinin ölən işçilərinin ailələrinə bir milyon rubl vəsait ödəniləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Əmək Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərərçəkənlərə verilən sığorta müavinətlərinin miqdarı fərdi olaraq müəyyənləşdiriləcək.
Qeyd edək ki, oktyabrın 18-də Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərindəki bəndin uçması nəticəsində qızıl mədənində çalışan 15 nəfər işçi həlak olmuşdu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru