ABŞ Konqresi Rusiyanın G7-yə daxil olmasına qarşı qətnamə qəbul edib

31-10-2019, 11:56           
 ABŞ Konqresi Rusiyanın G7-yə daxil olmasına qarşı qətnamə qəbul edib
ABŞ Konqresmenləri Rusiyanı "qonşularının ərazi bütövlüyünə hörmət etməyincə və demokratik cəmiyyətlərin standartlarına riayət etməyincə" G7 sammitinə qoşmamağı təklif ediblər. SalamNews RBC-yə istinadən xəbər verir ki, qətnamə yekdilliklə qəbul edilib.

ABŞ Konqresindəki Palatanın Xarici Nümayəndələr Komitəsi Rusiyanın G7 formatındakı sammitdə iştirakına qarşı yekdilliklə qətnamə qəbul edib. İclas Youtube vasitəsi ilə yayımlanıb.

Təklifi konqresmen Albio Sireys irəli sürüb. Sənədə əsasən, Rusiya "qonşularının ərazi bütövlüyünə hörmət etməyənə və demokratik cəmiyyətlərin standartlarına riayət etməyənə qədər" G7-də iştirakına icazə verilməməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru