Əsəd müxalifətlə razılığa gəldi - Qoşunlar şəhərdən çəkilir

2-12-2015, 01:36           
Əsəd müxalifətlə razılığa gəldi - Qoşunlar şəhərdən çəkilir
Suriya hakimiyyəti Hums şəhərindən müxalifətlə hərbi birləşmələrinin çıxarılması ilə bağlı razılıq əldə edib. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, müxalifət 7 dekabrdan etibarən şəhəri tərk etməyə başlayacaq. Bu barədə razılıq şəhərdə BMT təmsilçilərinin vasitəçiliyi ilə tərəflər arasında keçirilən görüşdə əldə edilib. Qeyd edək ki, noyabrın 14-də Suriya ilə bağlı keçirilən görüşdə Rusiya, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya. Türkiyə, Səudiyyə Ərəbistanı, BMT və Ərəb Liqası nümayəndələrəinin iştirakı ilə görüş keçirilib. Danışıqlarda Suriya böhranının həlli istiqamətində fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları böhranın sülh yolu ilə həllinə dair 9 bənddən ibarət qətnamə qəbul edib. Sənəddə keçid hökumətinin forlmalaşdırılması, yeni konstitusiyanın qəbulu və ümumxalq səsverməsi yer alıb. Bəşər Əsədin taleyi barəd tərəflər razılığa gəlməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.