Qumbaraatanla hədəfi vurmaq istəyən terrorçu özünü partlatdı - VİDEO
2-12-2015, 12:53
İŞİD terrorçularının törətdikləri vəhşiliklər saymaqla bitmir. Onlar baş, əl kəsir, adamları diri-diri yandırır, onları hündürülükdən atır, üzərlərindən tankla keçirlər, oğulunu anasına yedirir və ya ayaqlarından asırlar.
ANS PRESS-in məlumatına görə, dünyanın super gücləri terrorla mübarizə üçün fəaliyyətə keçsə də, bu onları zəiflədir, amma hələlik kökünü kəsməyə kifayət etmir. Son zamanlar terror təşkilatı öz daxilindən kifayət qədər çox itkilər verir. İŞİD-ə qoşulanlar onun sıralarından qaçır, bir-birlərini öldürürlər.
Bu günlərdə isə daha bir İŞİD-çının ehtiyatsızlığının qurbanı olmasının videogörüntüsü yayılıb.
Belə ki, terrorçu tank əleyhinə olan qumbaraatanı nümayiş etdirmək istəyib. Amma o, başqasını yox elə özünü partladıb.
Kadrlardan aydın görünür ki, qara geyimdə olan kişi bir müddət atışa hazırlaşır, hədəfini seçir. Lakin heç də hər şey onun planladığı kimi getmir. Silah onun əlində partlayır, bütün otaq tüstü-dumanla dolur.
"The Mirror" qəzetinin yazdığına görə, video görüntünün nə zaman və kimin tərəfindən lentə alındığı bəlli deyil.
[media=https://www.youtube.com/watch?v=cS59gau_RSs]
Bu İŞİD terror təşkilatının ilk biabırçılığı deyil. İlin əvvəlində də terrorçuların təlim düşərgəsinin görüntülərini yayıb.
ANS PRESS-in məlumatına görə, edam görüntüləriylə bütün dünyanı şok edən İŞİD döyüşçüləri döyüşlərə hazırlıq üçün təlimlərdən keçirlər. Ancaq İŞİD-çilər qeyri-peşəkar hərəkətləri ilə diqqət çəkirlər.
Ağır döyüşlərdə iştirak edən İŞİD yaraqlılarının bu videoda olduqca gülünc hərəkətlər etdirdiyi görünür.