İŞİD-dən nefti bunlar alır - Biri Suriya əsilli Rusiya vətəndaşı, digəri Putinin sağ əli
2-12-2015, 13:26
ABŞ-ın Xəzinə Nazirliyi Əsəd rejiminin İŞİD-dən neft almasına vasitəçi olan şəxsin adını açıqlayıb.
Avropa.info xəbər verir ki, İŞİD ilə Əsəd rejimi arasında vasitəçi olan şəxsin Suriya əsilli Corc Hasvani olduğu bildirilir..
ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı məlumata görə neft sahələri İŞİD-in əlinə keçdikdən sonra Əsəd rejimi təşkilatdan neft almağa başlayıb.
ABŞ uzun müddət bu şəxslər haqda araşdırma apararaq 25 noyabr tarixində həmin şəxslərin adlarını açıqlamış və onların sərvətinə həbs qoyub. Beləliklə ABŞ ilk dəfə İŞİD-in neft satışı ilə bağlı birbaşa sanksiya tətbiq etmiş olub.
Açıqlanan adlar arasında iki nəfərin adı ön plana çıxır. Bunlardan birincisi Suriyada doğulan və Rusiya vətəndaşlığı olan Corc Hasvanidir.
Hasvani ona adi olan HESCO Mühəndislik və İnşaat şirkəti vasitəsilə Əsəd rejimi ilə İŞİD arasında neft alverinə vasitəçilik edir.
Mart ayında Hasvaninin işləri Avropa Birliyi tərəfindən də müəyyən olunaraq onun adı AB-nin qara siyahısına daxil edilib.
Siyahıda ön plana çıxan ikinci ad isə yenə Rusiya vətəndaşı və eyni zamanda Dünya Şahmat Federasiyası Başçısı Kirsan İlyumjinovdur.
İlyumjinov Suriyanın Mərkəzi Bankının sanksiyalara baxmayaraq hərəkət etməsinə kömək etməkdə ittiham olunur.
Putinin sağ əli olan Ümumdünya Şahmat Federasiyasının prezidenti İlyumjinovun adı bundan başqa qara pulların yuyulmasında da hallanır.