Yunanlardan Putinə arxadan zərbə: “Rusiyaya qarşı müharibəyə qoşulardıq”

2-12-2015, 16:32           

“Rusiya və Türkiyə arasında müharibə baş verəcəyi halda Yunanıstan Türkiyənin tərəfində vuruşardı”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Mega” telekanalının efirində Yunanıstanın müdafiə naziri Panos Kammenos deyib.

O, bildirib ki, Yunanıstan NATO-ya daxil olmayan dövlətlər tərəfindən Türkiyənin hava məkanının pozulmasını hücum kimi qiymətləndirir. Hərbi nazirliyin rəhbəri qeyd edib ki, Rusiya bombardmançısının qəsdən, yaxud da təsadüfən vurulduğunu dəqiq söyləyə bilməz.

Qeyd edək ki, NATO nizamnaməsinin 5-ci maddəsi ittifaq üzvlərindən birinə hücumu bütövlükdə ittifaqa hücum kimi qiymətləndirilir. Hücuma məruz qalmış dövlət NATO-un 28 üzvünün silahlı qüvvələrinin tətbiqi ilə kollektiv müdafiə hüququna malikdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.