Pompeo: "İsrailin məskunlaşma fəaliyyətləri beynəlxalq qanun pozuntusu deyil"

19-11-2019, 03:56           
Pompeo: "İsrailin məskunlaşma fəaliyyətləri beynəlxalq qanun pozuntusu deyil"
Amerika Birləşmiş Ştatları keçmiş prezident Barak Obama administrasiyasının İsrailin Qərb sahilində və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin inşasının beynəlxalq qanunun pozulması olaraq verdiyi bəyanatı rədd edib.

Bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.

“Diqqətlə araşdırdıqdan sonra indiki rəhbərlik prezident (Ronald - Red.) Reyqanın mövqeyi ilə razılaşıb. İsrailin məskunlaşma fəaliyyətləri beynəlxalq qanun pozuntusu deyil. 2016-cı ilin dekabr ayında isə ABŞ dövlət katibi (Cohn - Red) Kerri iki tərəfin on illərlə dəstəklədiyi ehtiyatlı yanaşmanı dəyişdirdi”.

Dövlət katibi qeyd edib ki, ABŞ-ın İsrail yaşayış məntəqələrini tanıması Fələstinlə sərhədin vəziyyətinə təsir etmir və tərəflər arasında sərhədlər danışıqlar yolu ilə müəyyən edilməlidir.

İsrailin Baş naziri Benyamin Netanyahu isə ABŞ-ın bəyanatına münasibət bildirib, bu cür açıqlamanı yüksək qiymətləndirib. Bundan əlavə, İsrailin baş naziri ABŞ prezidenti Donald Trampa və onun administrasiyasına həqiqət və ədaləti dəstəklədiyinə görə təşəkkür edib.

“ABŞ dövlət katibi Mayk Pompeonun sözləri tarixi bir səhvi düzəltməklə yanaşı mühüm siyasi kursdur. Digər ölkələr də oxşar mövqe tutmalıdır”.//Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru