Bu ölkələr arasında sualtı enerji körpüsü açıldı

19-11-2019, 03:28           
Bu ölkələr arasında sualtı enerji körpüsü açıldı
İtaliya və Monteneqro arasında uzunluğu 455 kilometr olan sualtı enerji körpüsü açılıb.

Axar.az xəbər verir ki, açılış mərasimində Monteneqronun Prezidenti Milo Cukanoviç və İtaliya Prezidenti Sercio Mattarella iştirak edib.

Sualtı elektrik kabelinin əsas hissəsi Adriatik dənizindən keçir. İlkin olaraq onun gücü 600 MVt təşkil etsə də, gələcəkdə bu rəqəm iki dəfə artırılacaq.

Layihənin dəyəri 1 milyard avrodur. Maliyyə dəstəyini Almaniya Dövlət İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı göstərib. Sözügedən layihə ilə bağlı razılaşma 2009-cu ildə imzalanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru