Toy günü qulaqları və burnu kəsilən,bacısının əvəzinə bəyə göndərilən gəlinlər…
4-12-2015, 09:25
Dünyanın bır sıra müsəlman ölkələrində bakirəlik mövzusu bu gün də aktuallığını qoruyur. teref.az“Azadlıq” radiosuna istinadən xəbər verir ki, bəzi ölkələrdə hələ də bu mövzu qızların gənc yaşlarında öldürülməsi ilə nəticələnə bilər.
“Əfqanıstanda gəlinin bakirə olması təsdiq edilməlidir, əks halda bu faciə ilə nəticələnər”,- deyə vurğulanır. Özünü təqdim etməyən əfqanlar radiostansiyanın yerli bölməsinə müsahibədə bakirəliyin hələ də aktuallığını qoruduğunu bildiriblər.
Bəzi bölgələrdə toy günü bakirə olmadığı məlum olan qızın yerinə onun bacısının həmin şəxsə ərə verilməsi ənənəsi hələ də yaşayır. Əgər gəlin bakirə olduğunu sübut də bilməsə onu hətta həbs gözləyir.
Bəzən qızların qulaqları və burnu kəsilir. O, çirkli və çırıq paltar geyinməyə məcbur edilir və atası evinə geri göndərirlər. Hətta qızın basının kəsilməsi kimi nümunələr də var. Əvvəllər isə hətta qızı öldürərək cəsədin atası evinə göndərilməsi halları olub.
Əfqanıstanda bu mövzunun müzakirəsi tabudur. Noyabrın sonunda Qor vilayətində 26 yaşlı qız daşqalaq edilib. O evdən qaçmaqda günahlandırılıb. Bir neçə ay əvvəl isə həmin vilayətdə 19 yaşlı Rövşanə adlı qız nikahdankənar münasibətdə ittiham edilərək daşqalaq olunub. Yenə həmin vilayətdə avqust ayında gənc qız və oğlan daşqalaq olunub.
Bəzi ailələr namusun təmizlənməsi üçün öz qızlarını özləri öldürür. Yaxud də bakirə olmayan qızın əvəzindən bəyə qızın bacısı təklif olunur. Bəzi regionlarda isə qızı sadəcə öldürürlər. Əgər kimsə belə qızı qəbul etsə belə onunla həyatı boyunca pis davranır. Bu barədə məlumatı insan hüquqları üzrə müstəqil komissiyanın üzvü Məryəm Zümrəti verib.
Qor vilayətini sakini olan Pərvan Mərziyi bildirib ki, onun bacısı illərdir ki, bakirə olmamasının əziyyətini çəkir: “Əri onu döyür, bütün bədəni göyərir. Neçə ildir birlikdədirlər, ancaq hələ də bu əziyyət davam edir”.
Məlumatlara görə, bəzi hallarda qızlar toydan əvvəl tibbi müayinədən keçməyə vadar edirlər. Dövlət klinikalarında qızların bakirə olub-olmadığı yoxlanılır. Ölkə qanunvericiliyinə görə qızların evdən qaçmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmasa da, yüzlərlə qız mənəvi məsuliyyəti daha vacib hesab dən hakimlərin qərarı ilə həbsdə saxlanılır.
Taliblərin nəzarətində olan bölgələrdə dövlət qurumlarına olan etimadsızlıq gənc qızların məslələrində də özünü biruzə vrir. Məsələlərin həlli üçün taliblərə müraciət olunur. Taliban hakimləri şəriət qanunlarını əsas tutur və nikahdankənar əlaqədə ittham edilən qızla bağlı daşqalaq cəzası müəyyən edilir.