Ukrayna və Rusiya arasında neft tranzitinə dair 10 illik müqavilə imzalanıb –Açıqlama

3-12-2019, 19:58           
Ukrayna və Rusiya arasında neft tranzitinə dair 10 illik müqavilə imzalanıb –Açıqlama
Ukraynanın “Ukrtansnafta” və Rusiyanın “Transneft” şirkətləri arasında 10 il müddətinə Ukraynaya neftin ixracına dair müqavilə imzalanıb.

Bu barədə “Ukrtansnafta”nın “Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, iki şirkət arasında imzalanan müqavilənin təməl şərtləri dəyişməz olaraq qalır.

“3 dekabrda “Ukrtransnafta” və “Transneft” şirkətləri arasında Ukrayna ərazisinə neft ixracı ilə bağlı əlavə müqavilə imzalanıb. Daha 10 il müddətinə uzadılan müqaviləyə əsasən neft ixracı 1 yanvar 2020-ci ildən 1 yanvar 2030-cu ilə qədər qüvvədə olacaq”, – deyə məlumatda qeyd olunub.

Sənəd Xorvatiyanın Zaqreb şəhərində baş tutan enerji konfransı çərçivəsində imzalanıb/APA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru