2021-ci ildə smartfonlara alternativ təqdim ediləcək

4-12-2019, 02:48           
2021-ci ildə smartfonlara alternativ təqdim ediləcək
Uzun müddət istifadəçilər arasında populyar olan smartfonlar mobil bazardakı mövqeyini tezliklə tərk etməyə hazırlaşmır. “Qualcomm” şirkətinin prezidenti Kristiano Amon isə başqa fikirdədir. O deyib ki, 2 il sonra artıq digər qabaqcıl qurğular təqdim ediləcək.

Teref.az “ICTnews”a istinadən xəbər verir ki, çip istehsalçısının sözlərinə görə, görünüşü ilə adi eynəklərdən seçilməyən “ağıllı” eynəklərin geniş istifadəsinə 2 il qalır. Perspektivdə “sosial təcrübəni dəyişdirəcək gələcəyin qurğuları” insanların identifikasiyası, bulud xidmətlərinə qoşulmaqda və sosial şəbəkələrdə axtarış üçün istifadə etmək mümkün olacaq. Belə qurğular, həmçinin video konfranslarda iştirak üçün də əlverişlidir: zəng edən şəxsin avatarı istifadəçinin gözü qarşısında nümayiş etdiriləcək.

"Onlar smartfonları əvəz etməyəcək, amma sizin tamamilə başqa qurğunuz olacaq. Eynəyin təkamülü haqqında düşünün" – “Qualcomm” şirkətinin prezidenti jurnalistlərə açıqlamasında deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru