Rusiyadan gözlənilməz addım – Aralıq dənizində hərbi fəallıq

17-12-2019, 16:15           
Rusiyadan gözlənilməz addım – Aralıq dənizində hərbi fəallıq
Rusiya hərbi donanması ilə Suriya qüvvələri (Bəşər Əsəd) Aralıq dənizinin şərq sahillərində birgə hərbi təlimlərə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya tərəfdən təlimlərə komandanlıq edən admiral Aleksandr Yuldaşyev açıqlama verib.

Onun sözlərinə görə, təlimlərə Rusiyanın döyüş gəmiləri, Xmeymim bazasından döyüş qırıcıları, Suriya tərəfdən isə minatəmizləmə gəmiləri qatılıb.

Yuldaşyev qeyd edib ki, dənizdə artilleriya atışları və birgə manevrlər icra olunacaq.

Hərbi təlimlərin müddəti, hansı sayda texnika və canlı qüvvənin qatılacağı haqda məlumat verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru