Dünyada yeni dəb: İndi də şaxta analar gəldi - FOTO

18-12-2019, 00:00           
Dünyada yeni dəb: İndi də şaxta analar gəldi - FOTO
Türkiyənin Antalya şəhərində bir modellik şirkəti "Şaxta analar" adlı layihə həyata keçirib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2009-cu ildən ənənə halına gətirilən "Şaxta Ana" çəkimləri 2020 ili üçün də həyata keçirilib.

20 modelin qatıldığı çəkiliş Tahtalı Dağın zirvəsində baş verib. Şaxta ana kostyumu geyinən modellər soyuq hava səbəbindən çətin anlar yaşayıb.

Mənfi 8 dərəcədə poz verməyə çalışan modellər tez-tez bağlı yerlərə gedərək isinməyə çalışıb. Çəkilişlərdə Melissa adlı köpəkdə modellərlə birlikdə poz verib.

Layihənin rəhbəri Esra Keskinol bu barədə danışıb: "İstər tarixi, istərsə də coğrafiyasına görə bütün dünyanın görmək istədiyi bir şəhərdə yaşayırıq. Şaxta baba Antalyanın Demre bölgəsində yaşayıb. Bu layihəni 10 il bundan öncə başlatdıq. Bu il çəkimləri Tahtalı Dağda etməyimizin səbəbi buranın Tanrılar Dağı olaraq bilinməsidir. Buranın Zevs və Hera tanrılarına ev sahibliyi etdiyinə inanırlar. Dünyanın hər bir yerindən turistər Tanrılar Dağını görməyə gəlir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru