Pompeo uyğur türkləri ilə bağlı Özilə dəstək oldu - FOTO

18-12-2019, 00:06           
Pompeo uyğur türkləri ilə bağlı Özilə dəstək oldu - FOTO
ABŞ Xarici İşlər naziri Mayk Pompeo “Arsenal”da oynayan türkiyəli futbolçu Məsud Özilin uyğur türkləri ilə bağlı Çinə qarşı reaksiyasına dəstək olub.

“Qafqazinfo” xəbər verir ki, Pompeo Tvitter hesabında yazıb:

“Çin Kommunist Partiyasının təbliğat qurumları Məsud Özilə və “Arsenal”a bütün mövsüm boyu senzura qoya bilər, ancaq həqiqət üstün gələr. ÇKP uyğurlara və digər dini azlıqlara yönəlmiş ağır insan haqları pozuntusunu gizləyə bilməz”.

Xatırladaq ki, Özil Çinin Şərqi Türküstandakı insanların zorakılığa məruz qalmasına sərt reaksiya göstərmiş və buna səssiz qalan müsəlman dünyasını qınamışdı. Çinin Mərkəzi Televiziyası da (CCTV) Özülin bu paylaşımına cavab olaraq “Arsenal”-“Manchester City” matçını yayımlamamışdı.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru