ABŞ Nümayəndələr Palatası Trampa qarşı impiçment ittihamlarını təsdiqləyib

19-12-2019, 07:54           
ABŞ Nümayəndələr Palatası Trampa qarşı impiçment ittihamlarını təsdiqləyib
ABŞ Konqresinin Nümayəndələr Palatası səsvermə nəticəsində prezident Donald Trampa qarşı ittihamın ilk maddəsini impiçment prosedurunun bir hissəsi kimi təsdiqləyib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, 230 millət vəkili Trampı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırmağın lehinə səs verib, 197 konqresmen buna qarşı çıxıb, bir nəfər bitərəf qalıb.

ABŞ Nümayəndələr Palatası ölkə prezidentinə qarşı ittihamın ikinci maddəsini də təsdiqləyib. 229 millət vəkili dövlət başçısının Konqresin istintaqına maneə yaratmaqda ittiham etməsi ilə bağlı da səs verib, 198 konqresmen buna qarşı çıxıb, biri bitərəf qalıb.

Bundan sonrakı ittiham aktı məhkəməyə veriləcək, burada prosedur məhkəməyə çevriləcək. Buna ABŞ Ali Məhkəməsinin sədri rəhbərlik edəcək. Nümayəndələr Palatası belə bir prosesdə əslində ittiham tərəfi kimi çıxış edir və senatorlar münsiflər heyətinin funksiyalarını yerinə yetirirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.