Avropa ölkəsində şok hadisə - Şahzadə intihar etdi - FOTO

26-12-2019, 20:28           
Avropa ölkəsində şok hadisə - Şahzadə intihar etdi - FOTO
Norveç şahzadəsi Marta Lozinin keçmiş əri Ari Benh intihar edib.

Publika.az xəbər verir ki, bu barədə krallıqdan Norveç Xəbər Agentliyinə (NTB) informasiya daxil olub.

Norveç kralı Harald və kraliça Sonya tərəfindən verilən açıqlamada roman və tamaşa yazarı olan 47 yaşlı Ari Benh haqqında xoş sözlər qeyd edilib.

BBC-nin xəbərinə görə, danimarkalı Ari Benh kral Harald və kraliça Sonyanın yeganə qızları olan şahzadə Marta Lozi üçün mübahisəli həyat yoldaşı olub. Arinin anası Martanın fizioterapiya müəllimi olub. Cütlük bu vəsilə ilə tanış olub. Həmin dövrlərdə Ari “Trist som faen” (Sad as Hell) kitabı ilə məşhurluğa qovuşub. Lakin Las-Veqasda narkotikdən sitifadə edən seks işçiləri ilə partidə ikən çəkilən şəkilləri haqqında mübahisələr doğurub.

Qeyd edək ki, Ari Marta ilə 2002-ci ildə evlənmişdi. 3 övlad sahibi olan cütlük 2016-cı ildə boşanıb.

Behn 2018-ci ildə çap etdirdiyi son kitabı olan “Inferno”da (Cəhənnəm) psixi problemləri ilə mübarizəsindən bəhs edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.