Vahid Ələkbərovun bu ilki qazancı məlum oldu

27-12-2019, 00:00           
Vahid Ələkbərovun bu ilki qazancı məlum oldu
“Forbes” jurnalı 2019-cu ildə Rusiyanın ən zəngin milyarderlərin siyahısını təqdim edib.
Yeniavaz.com jurnalın rəsmi saytına istinadən xəbər verir ki, siyahıya “Nornikel” şirkətinin prezidenti Vladimir Potanin liderlik edir. O, cari ildə 7,8 milyard dollar qazanaraq sərvətini 23,8 milyard dollara yüksəldib.
İkinci yerdə “Sibura” və “Novatek” iri auksionerlərinin rəhbəri Leonid Mikelson qərarlaşıb. İş adamı bu il 5,9 milyard dollar əldə edərək sərvətini 27 milyard dollara çatdırıb.
Üçüncü yerdə isə “Lukoyl” şirkətinin əslən azərbaycanlı sahibi Vahid Ələkbərov qərarlaşıb. O, cari ildə 5,3 milyard dollar gəlir əldə edərək, sərvətini 23,8 milyard dollara yüksəldib.
Biznesmen və Vladimir Putinin dostu Qennedi Timçenko dördüncü yerdə qərarlaşıb. O, 4,1 dollar gəlir əldə edərək sərvətini 22,7 milyard dollara yüksəldib.
Beşinci yerdə isə “Severstali” şirkətinin direktorlar şurasının sədri Aleksey Mordaşov qərarlaşıb. Biznesmen 3,8 milyard dollar əldə edib. Onun hal-hazırda 20,2 milyard dollar sərvəti var.
Jurnal eyni zamanda onu da qeyd edib ki, siyahıda olan şəxslər öz sərvətlərini iri neft, qaz və metallurgiya şirkətlərinin səhmlərinə sahib olmaq hesabına artırıblar.

İlahə Hüseynova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru