“Bu tonda rusiyalılarla danışarsız...” - Rusiya telekanalında qalmaqal + VIDEO

27-12-2019, 00:00           
“Bu tonda rusiyalılarla danışarsız...” - Rusiya telekanalında qalmaqal + VIDEO
Rusiya telekanallarına dəvət olunan xarici ekspertlərin təhqir edilməsi, aşağılanması artıq adət halı alıb. Xüsusilə də Kremlin təbliğat ruporuna çevrilən aparıcılar Rusiya hakimiyyətinin əleyhinə danışan istənilən qonağı “sındırmağa” çalışır, bu alınmayanda isə təhqirə keçir, ya da onları studiyadan qovurlar.

“AzPolitika.info” xəbər verir ki, növbəti belə hadisə “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramında baş verib.

Məlum olduğu kimi, Ukrayna başda olmaqla, Rusiyaya qarşı tənqidi mövqedə duran ölkələrin təmsilçilərini təhqir etmək, studiyadan qovmaq kimi hərəkətlərin “banilərindən” biri məşhur ermənipərəst aparıcı Vladimir Solovyovdur. Onun yolunu davam etdirənlərdən biri isə “60 dəqiqə” proqramının aparıcısı Yevgeni Popovdur.

Belə ki, proqramın son buraxılışında Y.Popov ukraynalı politoloq Qordey Belova qarşı aqressiv davranıb. Ukraynalı ekspertin arqumentləri qarşısında aciz qalan aparıcı səsinin tonunu qaldıraraq, ona qarşı kobud ifadələr işlədib.

Onun bu davranışını və danışıq tonunu qəbul etməyən Q.Belov aparıcıya etiraz edib. “Bu cür rusiyalılarla danışarsız, mən bu tonda danışığı heç vaxt qəbul etmərəm” deyən ukraynalı politoloq etiraz əlaməti olaraq özü studiyanı tərk edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.