Azərbaycanda sevilən film: “CBC” yayımladı, Tramp reaksiya verdi - Qalmaqal

27-12-2019, 10:27           
Azərbaycanda sevilən film: “CBC” yayımladı, Tramp reaksiya verdi - Qalmaqal
Kanadanın “CBC” telekanalı “Evdə tək” filmində ABŞ Prezidenti Donald Trampın yer aldığı səhnəni çıxarmaqla etiraz yaradıb.

Teleqraf.com xəbər verir ki, “CBC” yetkilisi Çak Tompson açıqlama verərək, filmdən səkkiz dəqiqəlik bir hissənin çıxarıldığını bildirib.

Tompson həmin səhnənin çıxarılmasının siyasi məqsəd daşımadığını deyib. O bu qərarın 120 dəqiqəlik filmdə reklamlara yer ayırmaq məqsədilə verildiyini, Trampın bu filmə prezident olmamışdan əvvəl çəkildiyini söyləyib.

Dekabrın əvvəlində “CBC” kanalında nümayiş olunan filmdən sözügedən səhənin çıxarılması Ağ Ev tərəfindən etirazla qarşılanıb.

Prezidentin böyük oğlu Donald Tramp Jr Tvitter hesabında paylaşım edərək, kanalı “zavallı” adlandırıb. Prezident Tramp da baş verənlərə səssiz qalmayıb. Tvitter hesabında paylaşım edən dövlət başçısı yazıb: “Film heç vaxt əvvəlki kimi olmayacaq”.

Lakin sonrakı paylaşımında zarafat etdiyini bildirib. Bir sonrakı paylaşımında isə Kanada Baş naziri Castin Tüdoru hədəf alıb: “Deyəsən, Castin Tüdor NATO və ticarət məsələlərində onu ödəmə etməyə məcbur etməyimdən xoşu gəlmir”.

Donald Tramp bir neçə gün əvvəl Yeni il ərəfəsində dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda yayımlanan film üçün “Bu işdən qürur duymuşdum” demişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.