Rusiya açıqladı: ölkəni demoqrafik böhran gözləyir
27-12-2019, 11:51
2020-ci ilin əvvəlində Rusiya əhalisinin sayı 146,7 milyon nəfər təşkil edəcək.
Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Federal Statistika Xidməti yayıb. Federal xidmət 2036-cı ildə əhali sayının 134 milyon nəfərə qədər azalacağını bildirib.
2020-ci ildə ölkə əhalisinin həyat davamlılığının 73,4 yaş, 2035-ci ildə isə 79,1 yaş olacağı qeyd edilib.