Çin "Tesla"nın elektrikli maşınlarını vergilərdən azad edib

27-12-2019, 19:13           
Çin "Tesla"nın elektrikli maşınlarını vergilərdən azad edib
Sənaye Nazirliyi "Model 3" avtomobillərini dövlət subsidiyaları üçün nəzərdə tutulan siyahıya daxil edib

Çin Sənaye Nazirliyi ABŞ-ın avtomobil istehsalçısı "Tesla"nın bu ölkədə istehsal etdiyi "Model 3" elektrikli maşınları vergilərdən azad edib.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyd edək ki, noyabr ayında Sənaye Nazirliyi "Model 3" avtomobillərini dövlət subsidiyaları üçün nəzərdə tutulan siyahıya daxil edib.

Xatırladaq ki, iki ölkə arasında ticarət müqaviləsinin birinci hissəsi razılaşdırıldıqdan sonra Çinin ABŞ-dan idxalı artıb və gələn il bu rəqəmin daha da artması gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru