Müşərrəf edam hökmündən apellyasiya verdi

27-12-2019, 19:20           
Müşərrəf edam hökmündən apellyasiya verdi
Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf haqqında dövlətə xəyanətlə bağlı verilən məhkəmə qərarından apellyasiya şikayəti verib.

Axar.az xəbər verir ki, bu məlumatı “Dawn” qəzeti yayıb.

Qeyd edək ki, Pakistan məhkəməsi bundan öncə Müşərrəf barəsində edam hökmü verib. O, dövlətə xəyanətdə ittiham edilib.

Qeyd edək ki, 2001-2008-ci illərdə Pakistanın prezidenti olmuş P.Müşərrəf barədə edam qərarı 2007-ci ildə Konstitusiyanın bəzi maddələrini dayandırması və fövqəladə vəziyyət elan etməsi ilə əlaqədardır. O, hazırda BƏƏ-də yaşayır.

Pakistan Silahlı Qüvvələri Pərviz Müşərrəf haqqında qəbul edilən ölüm hökmünə etiraz edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru