Plastik qablardan istifadəyə görə 100 dollar cərimə

28-12-2019, 00:08           
Plastik qablardan istifadəyə görə 100 dollar cərimə
İsveçrənin Cenevrə şəhərində birdəfəlik plastikin istifadəsinə görə cərimə tətbiq olunacaq. Trend-in məlumatına görə, yeni qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, şəhər ərazisində birdəfəlik plastik paketlərin, içki çöplərinin, stəkan, boşqab və digər yemək avadanlıqlarının istifadəsi qadağan olunur. Bundan başqa, supermarketlərdə pulsuz plastik kartların verilməsinin qadağan olunması təklif edilir.

Bu qadağanı pozanlar 100 dollara yaxın məbləğdə cərimə olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru