ERMƏNİSTAN HÜQUQ-MÜHAFİZƏ SİSTEMİNDƏKİ ÇATLAR DƏRİNLƏŞİR –"27 Oktyabr işi"nin sabiq hakimi ölkədən necə qaçırılıb? - TƏHLİL

28-12-2019, 00:09           
ERMƏNİSTAN HÜQUQ-MÜHAFİZƏ SİSTEMİNDƏKİ ÇATLAR DƏRİNLƏŞİR –"27 Oktyabr işi"nin sabiq hakimi ölkədən necə qaçırılıb? - TƏHLİL
Aram Amatuni

“1in.am”, Ermənistan, 27 dekabr 2019-cu il



“27 Oktyabr işi”nin (27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində törədilən terror aktına görə açılan cinayət işi – tərc.) hakimi, sabiq hakim Samvel Uzunyanın Ermənistandan qaçması, şübhəsiz, inqilabdan sonrakı dövrün ən sirli yoxaçıxmalarından biridir.

Burada iki hal var. Birincisi, Uzunyanın həbs olunması haqqında qərarın verilməsi, Ali Məhkəmə Şurasının həbsə razılığı və onun Ermənistandan maneəsiz getməsi nəzərə alınarsa, hakimin yoxa çıxmasına görə hüquq-mühafizə sisteminin məsuliyyət daşımasıdır.

Uzunyanın ölkədən getməsilə əlaqədar qadağanın olmaması və buna uyğun olaraq, onun saxlanmasının mümkün olmaması ilə bağlı verilən izahat o qədər də inandırıcı və ya yetərli deyil.

İş ondadır ki, Ermənistan hüquq-mühafizə sistemindəki problem ilk baxışda və ya açıq göründüyü kimi deyil, daha dərindir və tamamilə başqa yöndədir. Yaranan birinci sual odur ki, Uzunyan onu təhdid edən “təhlükə”dən necə xəbər tutub?

Şübhəsiz, o, bu barədə məxfi kanal vasitəsilə xəbər alıb. Bu isə daha geniş fonda baxılarsa, yumşaq desək, erməni reallığında problemdir.

Ermənistan hüquq-mühafizə sisteminin fəaliyyəti haqqında məlumatlar yalnız bu fəaliyyətin hədəfi və operativ diqqətin mərkəzində olan müxtəlif şəxslərə çatmır, eyni zamanda mətbuatda çıxan, içində müxtəlif cinayət işləri, istintaq və üzləşdirmələrdən sızıntılar olan müxtəlif yazılar şəklində ictimaiyyətə də geniş məlum olur. Başqa sözlə, Ermənistanın müxtəlif hüquq-mühafizə strukturlarının fəaliyyətində, ölkədəki nəhəng korrupsiyanın gizli risk, sxem və mexanizmlərinin əsasında yatan kifayət qədər geniş yayılmış qaz, su və elektrik enerjisinin “həddindən artıq itkisi” anlayışında olduğu kimi, informasiyanın sızıntılar formasında “həddindən artıq itkisi” məsələsi aktualdır. Deyəsən, buna görə heç kim məsuliyyətə cəlb olunmayıb.

Praktiki belə alınır ki, Ermənistan hüquq-mühafizə sistemi operativ işləməyə qabil deyil, çünki informasiya həmən ya hər hansı bir şəxsə, ya da mətbuata ötürülür. Bu problem özünü “Uzunyanın işi”ndə daha geniş formada göstərir.

Digər hal “Uzunyanın keysi”, o cümlədən onun 27 Oktyabr işinin hakimi olması ilə bağlıdır. Çünki o, deyəsən, Ermənistanın yeni tarixində hər hansı bir başqa əhəmiyyətinə görə fərqlənmir. Və bu səbəblə, aktual olan sual budur: sabiq hakim Uzunyan hüquq-mühafizəçilərinin diqqət mərkəzinə nə üçün o qədər də böyük olmayan rüşvət iddiasına görə düşub? Çətin ki, Ermənistan hüquq-mühafizə sisteminin mövcud şəraitdə keçmişi belə kiçik məsələlərə görə eşələmək vaxtı vardır.

Beləliklə, nəticəyə gəlmək olar ki, “Uzunyanın işi”, böyük ehtimalla, onun “27 Oktyabr işi”ndəki rolu ilə bağlı ola bilər. Bu da onun qaçışının, – həm qaçışın sirli xarakteri, həm də istiqaməti baxımından, – yeni mətnaltı qatını aça bilər.

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.