Neft ölkələrinə 30 dollar şoku? - Nazirdən bazarı çalxalayan suala CAVAB

28-12-2019, 00:11           
Neft ölkələrinə 30 dollar şoku? - Nazirdən bazarı çalxalayan suala CAVAB
“Dünya neft bazarı müəyyən qədər balanslaşıb, buna görə də neftin qiymətinin hər barel üçün 30 dollar olacağını gözləmək əbəsdir”.
Cebhe.info xəbər verir ki, bu fikirlə Rusiya Energetika naziri Aleksandr Novak çıxış edib.
"Mən düşünmürəm ki, bizi belə rəqəm gözləyir",- deyə nazir əlavə edib. O bildirib ki, son aylar bazarlarda şok o qədər də çox olmayıb.
Xatırladaq ki, həftənin sonlarına doğru neft bazarında qiymətlər müəyyən qədər artıb. Bu isə ABŞ-da ehtiyatın azalmasına dair xəbərlərin yayılması fonunda baş verib. Həmçinin dünya iqtisadiyyatındakı pozitivlik bahalaşmaya rəvac verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru