Bako Sahakyan Nikol Paşinyana qarşı - Foto

28-12-2019, 08:49           
Bako Sahakyan Nikol Paşinyana qarşı - Foto
Ermənistanın "Hraparak" qəzeti dərc etdiyi məqalədə soruşur ki, iki erməni dövlətinin təhlükəsizlik şuralarının toplantısının geniş tərkibdə keçirilməsi nə ilə bağlı olub. Görüşdə iştirak edən mənbələrə söykənən qəzet bu məsələni araşdırıb.

Məlum olub ki, Təhlükəsizlik Şurasının toplantısı zamanı kurioz hadisə baş verib. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan stolun başında tək oturmaq istəyib. Bu isə Dağlıq Qarabağ rəhbərliyinin xoşuna gəlməyib. Nikol Paşinyanın bu istəyi etirazla qarşılanıb. Belə olduqda Ermənistanın prezidenti Armen Sakisyan da stolun başına keçməli olub.

Nəticədə sizə təqdim etdiyimiz şəkildəki mənzərə yaranıb. Təhlükəsizlik Şurasının keçirildiyi stolun başında Nikol Paşanyan əyləşib. Ermənistan prezidenti və qondarma "Dağlıq Qarabağ Respublikasının prezidenti" Bako Saakyan onun yanında yer alıblar..

Göründüyü kimi, hazırda Ermənistan rəhbərliyi ilə qondarma “Dağlıq Qarabağ Respublikası” rəhbərliyi arasındakı münasibətlər o qədər də yaxşı deyil.

Qeyd edək ki, ötən ayın əvvəli oxşar hadisə Müsavat Partiyasının qərargahında baş vermişdi. Belə ki, aralarında sabiq səhiyyə naziri Əli İnsanovun da yer aldığı müxalifət liderləri kimsənin yuxarı başda oturmasına razılıq vermədilər.

Vəziyyətdən çıxmaq üçün hər kəs dəyirmi masanın arxasına keçdi. Təbii ki, belə bir atmosferdə keçən görüşün müxalifətə hər hansı bir xeyri də olmadı.

Əminliklə demək olar ki, ermənilərin keçirdiyi bu kimi Təhlükəsizlik Şuraları da görüntü xarakteri daşıyır. Azərbaycan olaraq tərəflər arasındakı ziddiyyətlərdən yararlanmağı bacarmalıyıq. Qələbəyə ən yaxın yol da bundan keçir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.