Çinin ABŞ-a qarşı təzadlı siyasəti

1-01-2020, 09:37           
Çinin ABŞ-a qarşı təzadlı siyasəti
Hazırda davam edən Rusiya-İran-Çin ortaq hərbi təlimləri Rusiya və Çinin İrana diplomatik dəstəyinin nümunəsi hesab oluna bilər.

Axar.az xəbər verir ki, bu fikirlər “Anadolu” agentliyinin yayımladığı analiz yazısında öz əksini tapıb. Yazıda Çinin İran siyasətini sadəcə ABŞ-la münasibətlər konteksində deyil, Körfəz ölkələri konteksində də tarazlaşdırmaq məcburiyyətində qaldığı diqqətə çatdırılıb:

“Çin Rusiya və İranla keçirdiyi hərbi təlimlərdən əvvəl 20 noyabrda Səudiyyə Ərəbistanı ilə dəniz təlimləri keçirmişdi. İranın Çin üçün dəyəri enerji aclığını qarşılamaq üçün vacib bir tərəfdaş olmaqla yanaşı, həm də İrana verdiyi strateji dəyərdir. İki ölkə arasındakı ən əsas ortaqlıq ABŞ hegemonluğundakı dünya siyasətinin sona çatdırılması düşüncəsidir”.

Analizdə Çinin İranı dəstəkləməsinə baxmayaraq, iqtisadi inkişafının davamlılığını təmin etmək üçün ABŞ-la münasibətlərin gərginləşməsindən qaçmasının zəruri olduğu qeyd edilib:

“Hər iki məqsədin ziddiyyətli təcrübələrini balanslaşdırmaq Çin xarici siyasətinin ən çətin vəzifəsidir. Birincisi ABŞ-la münasibətlərin bəlli səviyyədə saxlanılmasını labüd edirsə, ikincisi ABŞ-a qarşı olan ölkənin (İranın) dəstəklənməsini zəruriləşdirir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru