İran Trampın iddiasını rədd etdi

1-01-2020, 09:39           
İran Trampın iddiasını rədd etdi
İran ABŞ Prezidenti Donald Trampın Bağdad səfirliyində baş verən hadisələrlə bağlı ittihamlarını rədd edib.

Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

“ABŞ İraq xalqından ən az 25 nəfərin vəhşicəsinə öldürülməsinə qarşı keçirilən etirazları İranın üzərinə atacaq həyasızlığa sahibdir”, - açıqlamada qeyd edilib.

Qeyd edək ki,ötən gün ABŞ-ın Hizbullah təşkilatına endirdiyi zərbələrə görə yüzlərlə etirazçı ABŞ-ın Bağdaddakı səfirliyinə hücum etmişdi. ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində sözügedən hadisələrin arxasında İranın dayandığını yazmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru