Strasburqda Yeni il gecəsində naməlum şəxslər 220 avtomobili yandırılıb

2-01-2020, 00:00           
Strasburqda Yeni il gecəsində naməlum şəxslər 220 avtomobili yandırılıb
Strasburq polisi Yeni il gecəsində şəhərin qərb ərazisində kütləvi yanğınlarda şübhəli bilinən 40 nəfəri saxlayıb.

"Report"un məlumatına görə, bu barədə "Dernieres Nouvelles d'Alsace"qəzeti bildirib.

İlkin məlumata görə, şəhərdə 220 avtomobil yandırılıb.

"Bizim şəhərdə uzun illərdir heç vaxt belə vəziyyət yaranmamışdı", - deyə Strasburq merinin təhlükəsizlik məsələləri üzrə müavini Rober Erman etiraf edib: "Mən heç vaxt görmədim ki, belə etsinlər: maşınları evlərin pəncərələrinin altındakı avtodayanacaqlarda yandırırdılar. (Küçə iğtişaşları) Strasburqun bütün yaşayış məntəqələrində baş verib".

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri gecə çevrilmiş və düz küçənin ortasında yandırılan avtomobillərin videogörüntülərini paylaşıblar. Qəzet qeyd edir ki, hərçənd Aşağı Reyn departamenti prefekturasında məhv edilmiş maşınların dəqiq sayı açıqlanmayıb. Bu səbəbdən də vəziyyətin daha pis olduğunu demək olar.

Səhərə qədər davam edən qarışıqlıqların yatırılmasının gedişatında hüquq-mühafizə orqanlarının bir neçəəməkdaşı yaralanıb. Həmçinin yanmış avtomobilin partlayışı zamanı azı bir nəfərin xəsarət aldığı bildirilir.

Analoji hadisələr Myuluz, Myutsiq, Oberne, Barraya və Selestate şəhərlərində də baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru