Ermənistanda 38 yaşlı hərbçi güllələnib

2-01-2020, 00:00           
Ermənistanda 38 yaşlı hərbçi güllələnib
Yaralı tibb mərkəzinə çatdırılıb və ona yardım göstərilib

Ermənistanın Müdafiə Nazirliyinin hərbçisi güllələnib.

Bu barədə Teref.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə Qeqarkunik vilayətində baş verib. Tavuş vilayətinin, Aşağı Karmiraqbyur kəndinin 38 yaşlı sakini Kartuş Ohanyan “Mercedes” markalı avtomobildə Berd rayonunun 38 yaşlı sakini Narek Məlikyan tərəfindən “İJ” markalı tüfəngdən açılan atəş nəticəsində güllə xəsarəti alıb. Yaralı tibb mərkəzinə çatdırılıb və ona yardım göstərilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Məlumata görə, Kartuş Ohanyan Ermənistan Müdаfiə Nаzirliyində müqavilə ilə hərbi xidmət keçir. /Ayna.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru