Rusiyada rublun məzənnəsi neft qiymətlərinin ucuzlaşması fonunda dollar və avro qarşısında kəskin dəyər itirib.
Axar.az xəbər verir ki, Moskva birjasında 1 ABŞ dolları 1,21 rubl bahalaşaraq, 25 avqustdan bu yana ilk dəfə kritik hədd olan 70 rublu keçib (70,36 rubl).
1 avro isə 1,74 rubl dəyər qazanaraq 77,37 rubl olub. Bildirək ki, avro sonuncu dəfə 14 sentyabrda 77 rublu ötmüşdü.
Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsinə görə isə 1 dollar 69,17 rubl, 1 avro isə 75,74 rubl olub.
İqtisadçılar bir dolların 70 rublu keçəcəyi təqdirdə Rusiya iqtisadiyyatının böyük böhrana girəcəyini bildirirlər.
Qeyd edək ki, bu gün “Brent” markalı neft 1,80 dollar ucuzlaşaraq 37,93 dollar olub.