Rusiyada psixonevroloji dispanserdə baş vermiş yanğın nəticəsində 21 nəfər ölüb

13-12-2015, 10:51           
Rusiyada psixonevroloji dispanserdə baş vermiş yanğın nəticəsində 21 nəfər ölüb
Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 21-ə çatıb. APA-nın məlumatına görə, bu barədə “TASS”a Rusiya FHN-nin Regional Mərkəzindən bildirilib.

“Hazırda yanğın qurbanlarının sayı 21 nəfərdir”, deyə qurumun mətbuat mərkəzindən bildirilib.

Məlumata görə, hazırda itkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir. Ölənlərin əksəriyyətinin, əsasən, yataq xəstəsi olduğu bildirilir.

Yanğın zamanı tibbi personalın xəsarət almadığı qeyd olunur: “Tibbi personaldan 4 nəfər xilas olunub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər”.

Bundan əvvəl yanğın zamanı 9 nəfərin öldüyü bildirilmişdi.

İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlıqda nasazlıq olub.

İnsidentlə əlaqədar Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.