Bu şirkət yeni ildə bütün işçilərinə 100 min dollar bağışlayacaq

13-12-2015, 11:28           

Hilcorp yenidən neft hasilatını artırıb.

Amerikanın təbii qaz və neft hasilatı ilə məşğul olan ən böyük özəl şirkətlərindən biri Hilcorp Energy elan edib ki, öz əməkdaşlarına bonuslar verəcək.

İlin sonunda 1381 işçinin hər birinin alacağı məbləğ 100 min dollar təşkil edir, Oxu.Az Fox News-a istinadən xəbər verir.

Forbes qeyd edir ki, beş il əvvəl Hilcopr Energy hasilatı iki dəfə artırdıqda şirkətin rəhbəri, milyarder Cefri Hildebrand öz əməkdaşlarına seçim təklif etmişdi: 50 min dollar götürmək və bunu yalnız avtomobil alınmasına xərcləmək yaxud da istənilən məqsəd üçün 35 min dolları nağd almaq.

Bazardakı vəziyyətə baxmayaraq, bu il Hilcopr neft hasilatını iki dəfə - sutkada 150 min barelədək artırıb. Bununla əlaqədar olaraq, şirkət hər bir işçisinə mükafat qismində 100 min dollar ödəmək niyyətindədir.

“Bu, əsl hədiyyədir”, - deyə, şirkətdə 10 ilə yaxın çalışan katibə Amanda Tomson bildirib.

Hilcorp şirkəti 1989-cu ildə yaradılıb, mərkəzi Hyustonda (Texas ştatı) yerləşir. 2015-ci ildə o, üçüncü dəfə Fortune-nin işə düzəlmək üçün ən yaxşı 100 şirkət siyahısına düşüb.

Onun rəhbəri, 56 yaşlı Hildebrandın sərvəti 5,6 mlrd. dollar təşkil edir. Forbes-ni məlumatına görə, o, ən varlı 100 amerikalının siyahısına daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.