Deputat Trampı öldürənə 3 milyon dollar mükafat vəd edib

21-01-2020, 21:02           
Deputat Trampı öldürənə 3 milyon dollar mükafat vəd edib
İranlı millət vəkili ABŞ prezidenti Donald Trampı öldürən 3 milyon dollar mükafat vəd edib.

Reyting.az “ISNA”-ya istinadla xəbər verir ki, onun fikrincə, nüvə silahına sahib olacağı təqdirdə, İranı heç bir təhdid gözləmir.

290 yerlik parlamentdə "Kerman əyaləti xalqı adından Trampı öldürən şəxsə 3 milyon dollar pul mükafatı verəcəyik", – deyən millət vəkili Əhməd Həmzədir.


Paytaxtın cənubundakı əyalət şəhəri Kerman yanvarın 3-də Bağdadda Trampın əmri ilə öldürülən general Qasım Süleymaninin doğma şəhəridir.

Əhməd Həmzə deyib: "Bu gün nüvə silahımız olsaydı, biz təhdidlərdən qorunardıq... Qeyri-ənənəvi döyüş başlığı daşıya biləcək uzun mənzilli raketlərin istehsalını gündəmimizə qoymalıyıq. Bu, bizim təbii hüququmuzdur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru