Rusiyada yeni hökumətin tərkibi bəlli olub

22-01-2020, 00:01           
Rusiyada yeni hökumətin tərkibi bəlli olub
Rusiyada yeni hökumətin tərkibi bəlli olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Yeni fərmana görə, hökumətin strukturunda da dəyişiklik edilib. Bundan sonra baş nazirin 9 müavini, o cümlədən 1 birinci müavini olacaq. Dəyişikliyə əsasən, Şimail Qafqaz üzrə nazirlik ləğv olunub, onun funksiyaları İqtisadi inkişaf nazirliyinə verilib.

Prezidentin köməkçisi Andrey Belousov Rusiyanın Baş Naziri Mixail Mişustinin Birinci müavini təyin olunub. Köhnə nazirlər kabinetindən Tatyana Qolikova, Yuri Borisov və Yuri Trutnev vəzifələrini qoruyub saxlayıblar.

Dmitri Qriqorenko, Viktoriya Abramçenko, Dmitri Çernışenko, Aleksey Overçuk və Marat Xusnullin baş nazirin yeni müavinləri təyin olunublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru